• VistaCast
  • icon Bank

Banklarda VistaCast İlə Rəqəmsal Transformasiya: Müştəri Zonasından Filial Daxilinə Qədər

Bank sektorunda müştəri xidmətlərinin effektivliyi və filialların idarəedilməsi üçün rəqəmsal həllərə keçid getdikcə daha da vacib olur. VistaCast, bank filiallarında fiziki əməliyyatları minimuma endirərək, çoxsaylı monitorları tək mərkəzdən idarə etməyə imkan yaradır.

VistaCast Banklar Üçün Nə Təklif Edir?

Ənənəvi üsullarla – USB və ya digər manual yolla monitorlara məzmun yükləmək artıq həm vaxt itkisinə, həm də işin gedişatına mənfi təsir göstərir. VistaCast bu problemi innovativ həlləri ilə aradan qaldırır:

  1. Tək Mərkəzdən İdarəetmə: İstənilən sayda monitoru tək bir idarəetmə panelindən izləyin və yeniləyin. Filiallarınızda yerləşən monitorların hər birinə uyğun məzmunu uzaqdan planlaşdırmaq və yayımlamaq imkanı əldə edin.
  2. Vaxt və Resurslara Qənaət: USB və ya digər fiziki vasitələrlə məzmun ötürülməsinə son qoyun. VistaCast vasitəsilə bütün proseslər avtomatlaşdırılır və mərkəzi şəkildə idarə olunur.
  3. Dinamik Məzmun İdarəetməsi: Kredit təklifləri, valyuta məzənnələri, kampaniyalar və digər məlumatları dərhal monitorlara yükləyin və müştərilərin diqqətini çəkin.
  4. Real Vaxtda Yeniləmələr: Monitorlarınızda göstərilən məlumatların dərhal yenilənməsi ilə müştərilərinizə aktual məlumat çatdırın.


Banklarda VistaCast-ın İstifadəsi

  1. Müştəri Zonası:
    Müştəriləriniz gözləmə zalında olduqları müddətdə monitorlarda bankın təqdim etdiyi yenilikləri və xüsusi kampaniyaları izləyə bilərlər. Bu, yalnız məlumatlandırma deyil, həm də müştəri təcrübəsini artırmaq üçün güclü bir vasitədir.

  2. Xidmət Nöqtələri:
    Xidmət masaları yaxınlığında yerləşən monitorlar vasitəsilə müştərilərə əlavə xidmətlər haqqında məlumat verin. Məsələn, kredit faizləri, sığorta məhsulları və ya loyallıq proqramları barədə məlumatları anında təqdim edin.

  3. Filial Daxili İdarəetmə:
    Filial əməkdaşları və rəhbərləri üçün xüsusi məlumatlandırma və təlim kontenti də monitorlar vasitəsilə mərkəzləşdirilmiş şəkildə çatdırıla bilər.

VistaCast ilə Bank Filiallarında Effektiv İdarəetmə

  • Avtomatlaşdırılmış Proseslər: Məzmuna nəzarət üçün əlavə resurs sərf etməkdən azad olun.
  • Uyğunlaşdırılmış Çözümlər: Hər filialın ehtiyaclarına uyğun fərdi məzmun yayımlama imkanı.
  • Təhlükəsiz İdarəetmə: VistaCast, məlumatların təhlükəsizliyini təmin edən yüksək səviyyəli serverlərdə fəaliyyət göstərir.

və sonda

VistaCast bank filiallarınızda rəqəmsal transformasiyanı reallaşdırmaq üçün ideal bir həll təqdim edir. Artıq monitorların idarəedilməsi üçün fiziki müdaxiləyə ehtiyac yoxdur – hər şey tək bir paneldən və uzaqdan həll olunur.

Bank filiallarınız üçün rəqəmsal transformasiyaya keçin və VistaCast ilə gələcəyə addım atın!